Brilliant Dadaşova: “Məsləhətə qulaq asır, amma öz bildiklərini edirlər“

saytların hazırlanması

Evə çatdırılma

Brilliant Dadaşova: “Məsləhətə qulaq asır, amma öz bildiklərini edirlər“

Şou

09 İyul 2021 16:46 1302


Son vaxtlar mütəxəssislər həyəcan təbili çalır, ölkədə “patı”, “şüşə”, “metamfetamin” kimi süni  narkotik istifadəçilərin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr də bu şəbəkəyə cəlb olunur.

"Patı" adı ilə tanınan metamfetaminin geniş yayılması, əvvəlki ilə müqayisədə ucuz olması və bu bəlaya düçar olan gənclərin sayının sürətlə artması sosial şəbəkələrdə ciddi müzakirə olunur.

Artıq bir çox məşhur da məsələyə reaksiyaı göstərərək "SOS" siqnalı verir. Sezar pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova valideynlərə səslənib. Sənətçi valideynlərə övladlarına qarşı diqqətli olmağı, onlardan qayğılarını əskik etməməyi məsləhət görüb:

“Bu elə məsələdir ki, burada ailələr özləri diqqətli olmalıdırlar. Yeniyetmələrə, gənclərə bir az məhəbbət göstərmək lazımdır. Hər bir valideyn övladına diqqət etməlidir. Uşaqları özbaşına buraxanda, onlarla məşğul olmayanda əlbəttə ki, o hər cür yola düşə bilər. Bu bəlaya düçar olmağın səbəbləri çoxdur, mən hamısını dəqiq bilmirəm. Bilirsiniz, məsləhət vermək asandır, bu gün hamı bir-birinə məsləhət verir, amma valideynlər bu məsləhətləri icra etməlidirlər. Bəzən məsləhətə qulaq asır, amma yenə öz bildiklərini edirlər. Övlada mütləq qayğı, diqqət və məhəbbət lazımdır”.

ƏSMƏTXANIM


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!