“Böyük Britaniya ilk dəfə olaraq ABŞ-ın Ukraynaya çatdırmağı planlaşdırdığı NASAMS zenit-raket kompleksləri üçün orta mənzilli AMRAAM raketləri verəcək”.
Yenisabah.az “Sky News”a istinadla xəbər verir ki, bu barədə oktyabrın 13-də B.Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
“Bu gün mən Ukraynaya AMRAAM zenit-raket komplekslərinin tədarükünə icazə verdim. Bu silah Ukraynanın səmalarını hücumlardan qorumağa və onu Amerikanın NASAMS zenit-raket kompleksləri ilə birlikdə istifadə etməklə raket əleyhinə müdafiəni gücləndirməyə kömək edəcək”, – müdafiə naziri deyib. Sezar pizza
Qeyd edək ki, Britaniyanın hava hücumundan müdafiə raketləri yaxın həftələrdə Ukraynaya çatdırılacaq.
“Söhbət zenit müdafiə sistemləri üçün nəzərdə tutulan AMRAAM raketlərinin modifikasiyasından gedir. Bundan əvvəl Vaşinqton Ukraynaya 8 NASAMS zenit-raket kompleksi tədarük edəcəyinə söz vermişdi. Raketlərin ilk ikisi yaxın vaxtlarda ölkəyə gəlməlidir”, – nəşr B. Britaniya Müdafiə Nazirliyindən sitat gətirib.
Telegram kanalımız