Britaniyada Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq aksiyalar keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Britaniyada Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq aksiyalar keçirildi - Foto

Sosial

24 Aprel 2021 16:18 641


Böyük Britaniyanın Koventri şəhərində “Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır” şüarı ilə banner fləşmobu keçirilib.

Bu barədə Yenisabah.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yerli əhaliyə Qarabağın tarixi Azərbaycan torpağı olması, işğaldan azad edilmiş ərazilərin minalanması ilə bağlı məlumatlandırıcı lifletlər də paylanılıb. Toyuqlu pizza

Bundan başqa, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup” təşkilatının üzvləri və bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən London şəhərində yerli əhaliyə Ermənistanın işğaldan azad olmuş ərazilərə dair mina xəritələrini Azərbaycana təqdim etməməsi ilə bağlı məlumatlandırıcı lifıetlər paylanılıb.

Paralel olaraq, şəhərin mərkəzi yerlərində, avtobus dayanacaqlarında məlumatlar yerləşdirilib, məlumatlandırıcı bannerlər asılıb.

Qeyd edək ki, bu gün Koventri şəhərində kilsədə ermənilərin anım tədbiri planlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!