“British Airways”in təyyarəsi Bakıda məcburi eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

“British Airways”in təyyarəsi Bakıda məcburi eniş etdi

Hadisə

27 Dekabr 2019 07:47 944


Bu gün “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçan “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarını verib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Yeni Sabah"a verilən məlumata görə, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirilib.

Məlumata görə, uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir. pizza mizza

Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.

Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala, hava limanının otelində istirahət edə, şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!