BSU-nun yeni rektoru kollektivə təqdim edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

BSU-nun yeni rektoru kollektivə təqdim edildi - Foto

Sosial

18 Fevral 2022 19:22 1219


Bakı Slavyan Universitetinin (BSU) yeni rektoru Anar Nağıyev təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, rektoru təqdim edən təhsil naziri Emin Əmrullayev dövlət başçısının müvafiq sərəncamını diqqətə çatdıraraq Anar Nağıyevi bu münasibətlə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Emin Əmrullayev qeyd edib ki, BSU-nun özünəməxsus tarixi, ənənələri, Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Vurğulanıb ki, ali təhsil müəsissələri qarşısında dayanan ən mühüm vəzifələr təhsilin keyfiyyətinin yaxşılaşdırılması, müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin vətəndaş kimi formalaşması, qarşılıqlı etimad mühitinin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Toyuqlu pizza

Təhsil naziri Anar Nağıyevin rəhbərliyi ilə unikal ali təhsil müəssisəsi olan BSU-da son zamanlar həyata keçirilən yeniliklərin, islahatların davamlı olacağına və bu ali təhsil müəssisəsinin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olacağına inamını ifadə edib. Nazir bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı müvafiq tövsiyələrini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!