Bu Avropa ölkələri rusiyalıların öz ərazilərinə girişini qadağan etdi

saytların hazırlanması

Evə çatdırılma

Bu Avropa ölkələri rusiyalıların öz ərazilərinə girişini qadağan etdi

Dünya

08 Sentyabr 2022 19:49 1039


Estoniya rusiyalıların Aİ ölkələrindən hər hansı birinin verdiyi Şengen vizası ilə ölkə ərazisinə girişini qadağan edir. Bu qərar sentyabrın 19-dan qüvvəyə minəcək.

Yenisabah.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib.

“Sentyabrın 18-dən 19-na keçən gecə hansı ölkədən Şengen vizası almasından asılı olmayaraq Rusiya vətəndaşlarının Şengen xarici sərhədi vasitəsilə Estoniyaya girişinə qadağa qoyulacaq. Bu qərar qeyd edilən tarixdə qüvvəyə minəcək. Estoniyaya gəlməyin, burada xoş qarşılanmırsınız”, - deyə Urmas Reynsalu qeyd edib. pizza hut

Estoniya xarici işlər nazirinin sözlərinə görə, eyni gündə Litva, Latviya və Polşa da oxşar qadağa tətbiq edəcək. Sentyabrın 7-də Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib ki, Baltikyanı ölkələr Rusiya və Belarus sərhədlərindən rusiyalıların öz ərazilərinə girişini məhdudlaşdıracaq. İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, eləcə də ailə məsələləri və humanitar səbəblərdən Baltikyanı ölkələrin ərazisinə daxil olanlara şamil ediləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!