Bu “balkondur”, yoxsa yeni mənzil? Yasamalda maraqlı görüntü - Video

saytların hazırlanması

Evə çatdırılma

Bu “balkondur”, yoxsa yeni mənzil? Yasamalda maraqlı görüntü - Video

Sosial

17 Aprel 2023 10:30 15212


Paytaxtda çoxmənzilli binalarda qanunsuz artırmaların edilməsi demək olar ki, ənənə halını alıb. Bu gün paytaxtın müxtəlif rayonlarında, xüsusən sovet dövründə tikilmiş binalarda bu hallara rast gəlmək olur.

Aşağı mərtəbələrdə olan bu artırmalar həyətlərə, binaların giriş-çıxışlarına sirayət etsə də, heç kim həmin tikililərin qarşısını ala bilməyib.

Məsələn, Bakının Yasamal rayonunun İnşaatçılar metrostansiyası yaxınlığında Abbas Mirzə Şərifzadə küçəsindəki sovet binalarında belə qanunsuz artırmalar kifayət qədərdir. Dördpendirli pizza

“Yeni Sabah”ın əməkdaşı sözügedən küçədə tikinti qaydalarına zidd olan görüntünü qeydə alıb.

Videodan görünən odur ki, binanın 5-ci mərtəbəsində dəmir dirəklər üzərində ən azı 50 kv metrlik yeni mənzil “inşa olunub”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!