26 May - 00:24
“Bu biabırçı vəziyyətdə Ermənistan ordusunun 30 illiyini qeyd edəcəyik“

“Bu biabırçı vəziyyətdə Ermənistan ordusunun 30 illiyini qeyd edəcəyik“

Bölgə

27 Yan 2022 13:20


“Ermənistan dünyada yeganə ölkədir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ağır cinayətdə ittiham olunur”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri müxalif “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan Ermənistan Milli Məclisində çıxışı zamanı deyib.

“Ermənistan Respublikası Konstitusiyasının 14.1-ci maddəsinə əsasən, Ermənistan Respublikasının Silahlı Qüvvələri müdafiəni, təhlükəsizliyi, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir. Bu biabırçı vəziyyətdə biz sabah Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd edəcəyik. Necə deyərlər, onu məhv etdiniz, indi də sona qədər məhv edin”, - deyə Qazinyan deyib. 

Rafi MÜSLÜMOV

 

 


Youtube kanalımız


Digər xəbərlər