Teleaparıcı Xoşqədəm Hidayətqızı 17 yaşlı Gülərin və Aysunun intiharına reaksiya verib.
“Yeni Sabah” xəbər verir ki, aparıcı “Instagram” hesabında bu barədə yazıb:
“Günlər öncə bu az yaşlı balamız intihar etdi. Və indi də Aysun... O da erkən nikaha etiraz olaraq canına qıydı. Sezar pizza
2010-cu ildən bu yana erkən nikaha qarşı mübarizə aparıram, kimsədən nə isə gözləmədən. Yaxşı, bəs nəticə? Göstərdiyimiz o qədər talelər, etirazlar və s. heç mi doğru yola gəlməyə kömək etmədi və ya övladlarını erkən nikaha cəlb edən neçə valideyn həbs edildi, layiqli cəzasını aldı?! Neçə nəfər??? Mən tək o valideynlərin yox, onlara bu işdə kömək edən, yol göstərən hər kəsin cəzalanmasını istəyirəm. Bu talesiz, həyatlarına qıyan fidanların ölümünə səbəb olduğunuza görə bu dünyada cəzanızı almasanız da, o biri dünyada yeriniz cəhənnəmdir, bilin!!!
Və lütfən, bu biabırçılığa son qoyaq, fidanlarımızın ölümünə aparan yolu bağlayaq!”

Əsmətxanım
Telegram kanalımız