"Sülh müqaviləsinin əleyhinəyik demək məntiqsizdir, amma Ermənistan hökumətinin razılaşdığı əbədi məğlubiyyət və təslim olmaq haqqında sazişdir".
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, "Hayastan" blokundan olan deputat Artur Xaçatryan deyib.
Onun sözlərinə görə, hakimiyyət Azərbaycana nə qədər boyun əyirsə, Bakı İrəvanın üzərinə bir o qədər əlavə tələblər qoyur.
Xaçatryan hesab edir ki, Azərbaycan İrəvanı mümkün qədər qeyri-müəyyən ifadələrlə dolu sənəd imzalamağa məcbur edəcək.
Telegram kanalımız