Bu ərazilər hədəf alındı -   300-dən çox PUA…

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilər hədəf alındı - 300-dən çox PUA…

Dünya

17 Oktyabr 2026 15:21 64


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin enerji infrastrukturuna son günlərdə ən intensiv hücumlarından birini həyata keçirdiyini açıqlayıb. Hücumlar nəticəsində 15-dən çox enerji obyekti hədəf alınıb.

“Yeni Sabah”xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Rusiya ordusu dünən axşamdan etibarən Ukraynaya 320-dən çox pilotsuz uçuş aparatı (PUA) və raketlə hücum edib.

Prezidentin sözlərinə görə, elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılması üçün ölkənin müxtəlif bölgələrində təmir və bərpa işləri fasiləsiz davam etdirilir. Marqarita pizza

Zelenski Rusiyanın qış başlamazdan əvvəl Ukrayna əhalisini çətin vəziyyətə salmağa çalışdığını vurğulayıb. O bildirib ki, Moskvanın məqsədi milyonlarla insanı elektrik enerjisi və istilikdən məhrum etməkdir.

Ukrayna lideri Rusiyaya qarşı sanksiyaların yumşaldılmamasına çağırıb.

Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, gecə və səhər saatlarında ölkənin müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, 45 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!