Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq 

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq 

Sosial

22 Dekabr 2021 08:31 913


Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq.

“Yeni Sabah” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. pizza sifarişi

Gülşad Məmmədova rayonlarda da qeyri-sabit hava şəraitinin müşahidə olunacağını bildirib.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmaq tövsiyə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!