Bu gün 308 avtobusla 10 mindən çox sərnişin daşınıb - DANX

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 308 avtobusla 10 mindən çox sərnişin daşınıb - DANX

Sosial

19 Mart 2022 20:54 430


Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün ​ gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.

Qurumun açıqlamasında deyilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib: Sezar pizza

"Martın 18-19-u tarixlərində xəttə hər gün üçün müvafiq olaraq 130 əlavə avtobus buraxılıb. Bu ana olan məlumata görə, martın 19-da daşınan sərnişinlərin sayı 10 064, xəttə buraxılan ümumi avtobusların sayı isə 308 olub.

Əsas təlabat Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən, Bakı-Masallı-Lənkəran-Lerik-Astara istiqamətlərinə olub.

Cənub istiqaməti üzrə adi günlərdə orta hesabla günə 14 reys olur, 280-ə yaxın sərnişin daşınır. 18 mart tarixində bu istiqamətdə 36 reys təşkil edilib, 743 sərnişin daşınıb. 19 mart tarixində isə 32 reys təşkil edilib, 821 sərnişin daşınıb.

Biləsuvar istiqamətində sərnişindaşıma Bakı-Biləsuvar-Cəlilabad marşrutu üzrə həyata keçirilir. Adi günlərdə orta hesabla 6 reys olur. 18 mart tarixində bu istiqamətdə 26, 19 mart tarixində hazırkı saata 20 reys təşkil edilib. Sərnişinlərin təlabatı tam qarşılanıb və bu proses davam etdirilir.

Məlumat üçün bildirək ki, əvvəlcədən biletlərini onlayn sifariş edənlərin sayı əvvəlki illərdən daha çox olub. Tələbat əsasən Bakıdan rayonlar istiqamətindədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!