Bu gün Azərbaycandakı Rusiya vətəndaşlarının təxliyəsi üçün aviareys təşkil olunacaq
12 İyl 2020 13:37
414

Bu gün Azərbaycandakı Rusiya vətəndaşlarının təxliyəsi üçün aviareys təşkil olunacaq

Bu gün Azərbaycandakı Rusiya vətəndaşlarının təxliyəsi üçün Bakı-Moskva marşrutu ilə növbəti reys həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi məlumat yayıb.

Azərbaycanla bərabər, bu gün Qırğızıstan, Vyetnam və ABŞ-dan da Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi üçün Bişkek-Moskva, Hoşimin-İrkutsk, Nyu-York-Sankt-Peterburq, Nyu-York-Rostov reysləri təşkil olunacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər