Bu gün Bakıya sulu qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Bakıya sulu qar yağacaq

Sosial

06 Dekabr 2022 08:22 1523


Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

“Yeni Sabah” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. pizza hut

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 8-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yoların buz bağlaması ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!