“Bu gün bütün təhsil müəssisələrində ilk dərs Xocalıya həsr olunur”

saytların hazırlanması

Evə çatdırılma

“Bu gün bütün təhsil müəssisələrində ilk dərs Xocalıya həsr olunur”

Sosial

26 Fevral 2021 09:34 672


"Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir".

"Report" xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

"Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!", - nazir əlavə edib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!