Bu gün güclü külək əsəcək, sulu qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün güclü külək əsəcək, sulu qar yağacaq

Sosial

10 Yanvar 2024 08:37 344


Bakıda və Abşeron yarımadasında yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən yenisabah.az-a verilən məlumata görə, gün ərzində arabir yağıntılı olacağı, gündüz bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə və gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Dominos pizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!