Bu gün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçiriləcək.
Yenisabah.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla xəbər verir ki, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada təşkil olunur. Pepperoni pizza
1 992 namizəd qeydiyyatdan keçib.
Telegram kanalımız