Bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirildi

Sosial

26 Noyabr 2023 15:35 631


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 noyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146 nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub. pizza mizza

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

İlkin məlumata əsasən, 1 namizəddə qulaqlıq aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan halla bağlı araşdırma aparılır.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 4 həftə ərzində elan olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!