Bu gün tanınmış amerikalı alimin vebinarı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün tanınmış amerikalı alimin vebinarı olacaq

Sosial

13 May 2021 11:21 1194


Mayın 13-ü saat 19:00-da Qərbi Kaspi Universitetinin tərəfdaşı olan İndiana Universitetinin Professoru, məhşur Avrasiyaşünas alim Bill Firmanın "Post-Sovet məkanında dil siyasəti və prosesləri; Qazaxıstan nümunəsi" mövzusunda vebinarı təşkil olunacaq.

Yenisabah.az xəbər verir ki, Bill Firman Amerika Birləşmiş Ştatlarında yerləşən İndiana Universitetinin, Avrasiyaşünaslıq fakültəsinin Professor Emeritusudur. Professor Firman 1979-cü ildə fəlsəfə doktorluğu üzrə dissertasiyasını Harvard Universitetində müdafiə edib. O, İndiana Universitetində Mərkəzi Asiya regionun dilləri mərkəzinin qurucusudur. B.Firman Avrasiyaşünaslıq elmi üzrə dünyanın ən nüfuzlu alimlərindən biri hesab olunur, bu sahədəki xidmətlərə görə Professor Firman 2018-ci ildə "Edward Allworth" mükafatına layiq görülüb.

  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!