Bu gündən istiliyin verilməsinə başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən istiliyin verilməsinə başlanılıb

İqtisadiyyat

18 Noyabr 2020 18:00 1013


Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyevin sözlərinə görə, yubanmaya səbəb texniki məsələlər olub: pizza mizza

“Artıq abunəçilərin istiliklə təchiz edilməsi üçün qərar verilib və bu gündən etibarən onların istiliklə təmin edilməsinə başlanıb. Gün ərzində qoşulmalar tamamlanacaq”.

“Azəristiliktəchizat” rəsmisi deyib ki, son 2 ildə abunəçilərin tələbatını ödəmək üçün 5 yeni qazanxana istismara verilib. (Report)

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!