Bu gündən rayonlara gedən sərnişinlərdən vaksin tələb olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən rayonlara gedən sərnişinlərdən vaksin tələb olunacaq

Sosial

01 Oktyabr 2021 00:36 1384


Bu gündən rayonlara gedən sərnişinlərdən COVID-19 əleyhinə vaksinin birinci dozasının vurulması tələbi qüvvəyə minir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. 

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla,  sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!