Bu gündən rayonlara gedənlərdən II doza vaksin tələb olunur

saytların hazırlanması

Evə çatdırılma

Bu gündən rayonlara gedənlərdən II doza vaksin tələb olunur

Sosial

01 Noyabr 2021 10:34 671


Bu gündən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.

Məsələ ilə bağlı "Report"a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yeni tələbə ölkənin avtovağzal və avtostansiyalarında əməl olunur: "Bir qədər sonra yeni qaydalarla nə qədər sərnişinə bilet satılması, nə qədər sərnişinə bilet satışından imtina edilməsi barədə ilkin rəqəmlər məlum olacaq". Dördpendirli pizza

"Azərbaycan Dəmir Yolları" QSC hələ ki, regionlara sərnişindaşımanı bərpa etməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!