Bu günə qədər Azərbaycanda fəaliyyəti dayandırılan xarici TV kanalların siyahısı

saytların hazırlanması

Evə çatdırılma

Bu günə qədər Azərbaycanda fəaliyyəti dayandırılan xarici TV kanalların siyahısı

Sosial

21 Aprel 2024 13:44 708


Xəbər verdiyimiz kimi cari ilin yanvar ayında bir neçə provayder "Megogo Marqarita pizza" TV platformasına girişi bloklamışdı. Bir neçə gün əvvə isə ölkənin digər provayderləri də megogo.net saytına girişi qapadıb. Sözügedən beynəlxalq video xidmət platformasının Azərbaycan ərazisində yayımı tamamilə dayandırılıb.

Beləliklə, bu günə qədər aşağıdakı xarici TV kanalların və platformalarn Azərbaycanda fəaliyyəti dayandırılıb:

Megogo Marqarita pizza

İLOOK TV

VipDrive

TVLider

MeLord

İseeTV

ZeDoom

BrendTV

TOP İPTV

TTV 

SHARA-CLUB 

Only4.tv və s.

"Bəzi xarici TV-lərin saytları Azərbaycanda aktiv olsa da artıq onlarda da qeydiyyat və istifadə mümkünsüzdür".

Yenisabah.az bildirir ki, bu sözləri İKT sahəsi üzrə mütəxəssis Osman Gündüz bildirib.

"Məlum olduğu kimi, bir müddət öncə Audiovizual Şura ölkə ərazisində qanunsuz fəaliyyət göstərən xarici internet TV kanalların, yayımla məşğul olan xarici platformaların internet resurslarının bloklanması ilə bağlı məhkəməyə müraciət etmişdi.

Cari ilin əvvəli məhkəmə yuxarıda adı çəkilən və bu siyahıda olmayan digər bir çox audiovizual subyektlərə Azərbaycan ərazisindən girişin məhdudlaşdırılması haqqında qərar qəbul edib.

RİNN də bu qərarın icrası üçün provayderlərə müraciət edib.

Qeyd edim ki, "Media haqqında qanun" qüvvəyə minəndən sonra ölkə ərazisində internet üzərindən əlçatan olan bütün xarici TV subyektlər "platforma yayımçısı" və " sifarişli yayım operatoru" olaraq Audiovizual Şuradan lisenziya almalıdır", deyə Osman Gündüz vurğulayıb.

Xatırladaq ki, cari ilin yanvar ayında məhkəmə internet üzərindən yayılan bir çox xarici TV kanalların, o cümlədən də "Megogo Marqarita pizza TV" platformasının ölkə əraizisində bloklanması haqqında qərar qəbul etmişdi. / Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!