Son zamanlar vaksinlə bağlı bir çox problemlər yaşanır. Toylara icazə verilməsinə baxmayaraq vaksin pasportu olmayan şəxslər məclislərə buraxılmır.
Dünən keçirilən toy məclislərinə 2476 nəfər buraxılmayıb, 120 nəfər isə cərimələnib. Maraqlıdır ki, insanlar koronavirusla bağlı olan qaydalara niyə əməl etmirlər?
Yenisabah.az məsələ ilə bağlı Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, yazıçı, tənqidçi Xeyrəddin Qoca ilə həmsöhbət olub. O ilk öncə vaksinlə bağlı fikirlərini bölüşüb: pizza sifarişi
“Feysbuk sosial şəbəkəsində dünya alimlərinin müxtəlif fikirləri yayılır. Qeyd edirlər ki, vaksin dəhşətdir, çox zərərlidir. Hər kəs düşünür ki, vaksin vurdursun, kim pul qazanmaq istəyirsə deyir ki, vaksin vurdurun, virusdan qorunun. Lakin belə deyil. Mən təklif edirəm ki, heç kim vaksin vurdurmasın. Bütün dünya alimləri də bunu təsdiqləyir.
Məsələn deyirlər ki, koronavirusa görə vurulan vaksin “delta” ştammına kömək etmir. Hər ay bir virus ortaya çıxacaq biz bunların hər birinə görə vaksin vurdurmalıyıq?
Dünya bankı vaksin vasitəsi ilə pul qazanır. Gündə bir xəstəlik uydururlar, bu nə deməkdir? Dünya bankından başqa Dünya Səhiyyə Təşkilatı və Bilqeyts, Soros kimi şeytana qulluq göstərən alçaqlar külli miqdarda pul qazanırlar...
Onlar müqavilələr bağlayırlar ki, xəstəliklərin sayını , ömrünü artırsınlar və belə uydurma xəstəliklər heç zaman bitməsin.
Dünyanın məşhur həkimləri deyir ki, maska təmiz hava qəbul edilməsinə mane olur, bədəndən çıxan pis havanı isə geri qaytarıb, ciyərləri çürüdür. Bizdə isə Milli Məclis maska taxmaq haqqında qərar qəbul edir?!
Deyiləsi çox söz var..
Bir məsələnidə xatırladım ki, allergiyası olan insanlar vaksin vurdurmamalıdır. Həmin şəxslərə də deyirlər ki, vaksin pasportun yoxdur işdən çıx, bu nə dərəcədə doğrudur?
Mən də vaksinasiya prosesindən keçmişəm. Vaksin vurduran zaman heç bir yoxlanış etmədən, iynəni götürüb, tələsik vurdular. Elə bil, plan doldururlar. Bəlkə məndə allergiya var? Hələ başqa xəstəlikləri demirəm. Düz iki ay halsız oldum,baş gicəllənmələri üçün dərmanlar qəbul etdim, gözüm tutuldu. Həkimlərdə qaldım. Məni tanıya-tanıya belə etdilərsə, camaatın başına nə oyun açırlar?, bilinmir.
Soruşa bilərsiniz ki, vaksinin zərərli olduğunu bilə-bilə, niyə vurdurdum? Düşündüm ki, mən dünyadakı vaksin vurduranlardan fərqli deyiləm ki, maraq üstün gəldi.
Bu cür vaksinasiya prosesi olmur. Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır. Allergiyası olan şəxsə sən necə vaksin vura bilərsən? Bu vaksin prosesi sadəcə bir siyasət və oyundur”.
Tənqidçi bildirib ki, kim istəyirsə vaksinasiyadan keçsin lakin bunun xeyirini, faydasını bizə izah etsinlər:
“Vaksin vurdurduqdan sonra xəstəliklər artır. Əhali vaksini məcburiyyət qarşısında vurdurur. Dünya alimləri bildirirlər ki, 60 yaşdan yuxarı insanlara vaksininin müsbət təsiri yoxdur. Bəs nəyə görə Azərbaycanda ilk olaraq qocaları vaksinasiyaya cəlb etdilər? Sabah deyəcəklər ki, çörək almaq da olmaz, vaksin pasportun yoxdur. Demək ki, məqsəd nədir vaksin satıb pul qazanmaq”.
Xeyrəddin Qoca vaksinlərin içərisində 3 heyvanın geni olduğunu vurğulayıb: “Vaksinlər içərisində 3 heyvanın geni mövcuddur. Bilinmir nə etməyə çalışırlar. Bu məlumatı dünya alimləri deyib. Demək ki, doğru məlumatdır. Ehtiyatlı olmaq lazımdır”.
Mehri Qurban
Telegram kanalımız