Bu il 13 min şəxsə əlillik təyin olunub

saytların hazırlanması

Evə çatdırılma

Bu il 13 min şəxsə əlillik təyin olunub

Sosial

28 Aprel 2023 11:52 655


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib. 

Bu barədə "Yeni Sabah"a Nazirlikdən məlumat verilib. 

Bildirilib ki, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.  pizza hut

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. 

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!