Bu il 211 nəfər müsabiqə yolu ilə məktəb direktoru olub

saytların hazırlanması

Evə çatdırılma

Bu il 211 nəfər müsabiqə yolu ilə məktəb direktoru olub

Sosial

23 Dekabr 2021 09:53 506


Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib. 

Bu barədə Yenisabah.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir. Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır. Marqarita pizza

Müsahibələr Təhsil Nazirliyinin rəhbər şəxslərindən ibarət komissiya üzvlərinin iştirakı ilə həftədə 2 gün keçirilir. Hər müsahibə gününün sonunda nazirliyin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir və onların şəxsi səhifələrinə göndərilir.

Müsahibələrin növbəti 3 ay ərzində davam edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin iyun ayının sonundan etibarən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib. Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsində əsas məqsəd prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirməklə şəffaflığın təmin olunması və sağlam rəqabət mühitinin yaradılmasıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!