Bu il 46,5 min şəxsə əlillik təyin olunub

saytların hazırlanması

Evə çatdırılma

Bu il 46,5 min şəxsə əlillik təyin olunub

Sosial

11 Oktyabr 2022 10:34 610


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 46,5 min şəxsə əlillik təyin edilib.

Yenisabah.az ƏƏSMN-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, onlardan 15,2 mininə ilkin, 31,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!