Bu il Azərbaycana daha çox rusiyalılar gəlib - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycana daha çox rusiyalılar gəlib - Statistika

Sosial

20 Aprel 2023 12:46 669


Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 368,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 32,3 faizi Rusiya Federasiyası, 21,5 faizi Türkiyə, 9,1 faizi İran, 5,6 faizi Gürcüstan, 4,2 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, hər birindən 1,7 faiz olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Küveyt, 1,3 faizi Türkmənistan, 10,8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 76,9 faizini kişilər, 23,1 faizini qadınlar təşkil edib. pizza hut

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,2 faizi hava, 35,3 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,4 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!