Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib

Sosial

30 Sentyabr 2023 14:36 403


Bu il Azərbaycanda 100 uşaq övladlığa verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub. pizza

Cari ildə 2247 imtiyazlı şəxsin, o cümlədən 300-dən çox şəhid ailəsi üzvünün sanatoriya-kurort yollayışı ilə təmin edildiyi diqqətə çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!