Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib

saytların hazırlanması

Evə çatdırılma

Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib

Sosial

01 Noyabr 2021 14:57 610


Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, bu il həmçinin 99 uşaq (47-si oğlan, 52-si qız) isə övladlığa verilib.

Övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin vaxtdan sonra Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılaraq istifadəyə verilib, övladlığagötürmə prosesinin e-infrastruktur üzərindən aparılmasına başlanıb. Övladlığagötürmə ilə bağlı müraciətlər də e-qaydada edilir və müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir. pizza

Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib, onlardan 64-ü oğlan, 67-i qız uşağıdır.

Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!