Bu il Azərbaycandan ən çox pul vəsaiti Türkiyəyə köçürülüb

Bu il Azərbaycandan ən çox pul vəsaiti Türkiyəyə köçürülüb

İqtisadiyyat Veb saytların hazırlanması

08 İyun 2023 17:48 1832


2023-cü ilin ilk 3 ayı ərzində fiziki şəxslər tərəfindən Azərbaycandan Türkiyəyə 34 milyon 149 min dollar vəsait köçürülüb.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.9% və ya 6 milyon 782 min dollar azdır. 2022-ci ilin ilk 3 ayında Azərbaycandan Türkiyəyə 40 milyon 931 min dollar vəsait köçürülüb.

Qeyd edək ki, bu dövrdə Türkiyəyə pul köçürmələri ümumi köçürmələrin 25.8%-ni təşkil edib.

Xatırladaq ki, hesabat dövründə fiziki şəxslər tərəfindən Türkiyədən Azərbaycana pul köçürmələri isə 39.4% artaraq 32 milyon 635 min dollar təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!