Bu il I və IV ixtisas qrupu üzrə ən yüksək ballar - DİM açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Bu il I və IV ixtisas qrupu üzrə ən yüksək ballar - DİM açıqladı

Sosial

04 Avqust 2023 13:58 824


Bu il I ixtisas qrupu üzrə ən yüksək bal 693, IV ixtisas qrupu isə 678,2 olub.

Yenisabah.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər –Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin və Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunları göstəriblər.

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər 169 saylı orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 baldır. Dördpendirli pizza

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!