Bu il işsizlərin sayı 2 milyon nəfər artacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu il işsizlərin sayı 2 milyon nəfər artacaq

Sosial

11 Yanvar 2024 13:03 246


2024-cü ildə qlobal işsizlik nisbəti artacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı "Dünyada Məşğulluq və Sosial Görünüş: Trendlər 2024" adlı hesabatında bildirilib. 

Hesablamalara görə, 2024-cü ildə iş axtaranların sayının 2 milyon nəfər artacağı gözlənilir. Əmək bazarının görünüşü və qlobal işsizliyin daha da artacağına dair proqnoza əlavə olaraq, işləyən yoxsulların artımının davam edəcəyi bildirilib.  Marqarita pizza

Hesabatda əmək bazarlarının iqtisadi çətinliklərə qarşı davamlılığına diqqət çəkilib. Bununla belə, yaranan kövrək vəziyyətlər və ardıcıl böhranlar sosial ədalətin daha da möhkəmlənməsinə olan ümidləri sarsıdıb. 

BƏT-in Baş Direktoru Gilbert F. Houngbonun açıqlamalarına əsasən, gənclər arasında işsizlik səviyyəsi narahatlıq verici həddə çatıb. Əmək məhsuldarlığının artımında da yavaşlama müşahidə olunub. Düşünülür ki, sosial bərabərsizlik aradan qaldırılmasa, davamlı bərpa olmayacaq.

Nigar İLQARQIZI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!