Bu ilin sonuna “rəqəmsal manat” konsepsiyası tamamlana bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu ilin sonuna “rəqəmsal manat” konsepsiyası tamamlana bilər

Sosial

04 Oktyabr 2022 12:52 834


Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər “rəqəmsal manat” konsepsiyasının hazırlanmasını yekunlaşdırmağı planlaşdırıb.

Yenisabah.az xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanov əlavə edib ki, konsepsiyanın hazırlanması növbəti ilin əvvəlinə qədər yubana bilər: Toyuqlu pizza

“Bir çox mərkəzi banklar rəqəmsal valyuta istiqamətində təhlillərini aparır. Hətta onlar müəyyən hissələri test edirlər.

Azərbaycan Mərkəzi Bankı da artıq bu prosesi aktivləşdirib və beynəlxalq təşkilatların texniki yardımları çərçivəsində “rəqəmsal manat” üzrə konsepsiyanın hazırlanması üzrə işləri davam etdirir. Planlaşdırırıq ki, qısa zamanda konsepsiyanı formalaşdıraq".

Qeyd edək ki, “rəqəmsal manat” konsepsiyasının hazırlanmasına Azərbaycandakı kommersiya bankları ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC də cəlb edilib.

Məlum olduğu kimi, COVID-19 pandemiyası dünya boyu onlayn və təmassız ödənişlərə marağı xeyli artırdı. Azərbaycanda da nağdsız ödənişlərin payı getdikcə artır. AMB-nin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 14,126 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

8 aylıq məbləğin 10,621 milyard manatını elektron ticarət, 3,485 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,02 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!