7 Oktyabr - 00:42
“Bu irançılar təsadüfən erməni ilə bir cinahda deyillər” – Millət vəkili

“Bu irançılar təsadüfən erməni ilə bir cinahda deyillər” – Millət vəkili

Siyasət

22 Sentyabr 2022 17:31 3867


“İranın ölkəmizdə təxribat üçün nəzərdə tutulan onlarla Facebook, tik-tok və İnstaqram səhifəsi fəaliyyət göstərir. Bir çox səhifələrdə mənim çıxışlarım Qumda satqın azərbaycanlıların idarə etdiyi peşəkar aftafalar tərəfindən təhrif edilərək, yaxud da kollajlar və karikaturalar formasında hazırlanaraq paylaşılır”. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, qeyd edib ki, bəzən də şəhid ailələrinin hisslərinə toxunacaq vasitələrə də əl atırlar:

“Ermənilərin dostu olan bu İslam adına yamaq ünsürlərlə Vətənimiz və Dövlətimiz naminə mübarizəmiz onsuz da səngiməyəcək, ancaq ayıq-sayıq olmalıyıq, çox zaman cahil insanları tovlayıb öz paylaşdıqları təhrif olunmuş materialların altında təhqiramiz rəylər də yazdırırlar. 

Bu səhifələrdə düşmənlə bir mövqedən çıxış edən milli cahillərimizi də hüquq-mühafizə orqanlarımız ciddi diqqətdə saxlamalıdır. Ancaq hər bir vətəndaşımız da erməni təhlükəsinə baxdığı kimi hər bir irançı təzahürə də eyni diqqətlə baxmalıdır. 

Burada düşmən mövqeyindən rəy yazanlara, bəyənənlərə əsgərimizə arxadan atəş açacaq potensial satqın kimi baxılmalıdır. Bu irançılar təsadüfən erməni ilə bir cinahda deyillər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!