Bu işçilərlə bağlı QƏTİ QADAĞA -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu işçilərlə bağlı QƏTİ QADAĞA - RƏSMİ

Sosial

31 Avqust 2026 12:41 224


Əmək qanunvericiliyinə əsasən, işçinin ezamiyyətə göndərilməsi zamanı onun bir sıra əmək və sosial təminatları qorunur.

"Yeni Sabah" xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, işçi ezamiyyətdə olduğu müddətdə, o cümlədən yolda olduğu vaxt əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.

Ezamiyyətə göndərilən işçinin qanunvericiliklə müəyyən edilmiş normalardan az olmayan məbləğdə ezamiyyə xərclərini almaq hüququ var. pizza mizza

İşçinin ezamiyyətə getdiyi və ya ezamiyyətdən qayıtdığı gün işəgötürənin tapşırığı ilə istirahət və ya iş günü hesab edilməyən bayram gününə təsadüf edərsə, həmin gün üçün əmək qanunvericiliyinə uyğun olaraq əlavə əməkhaqqı və ya əlavə istirahət günü verilir.

Ezamiyyətdə olduğu müddətdə işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə və səhhətinə görə xidməti tapşırığı yerinə yetirmək və ya daimi yaşayış yerinə qayıtmaq imkanında olmadıqda, bu hal müvafiq qaydada təsdiqlənməlidir. Bu halda işçiyə müəyyən edilmiş qaydada ezamiyyə xərcləri ödənilir, həmin dövr üçün isə ümumi əsaslarla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir.

Qeyd edilib ki, qanunvericilikdə ayrı-ayrı işçi kateqoriyalarının ezamiyyətə göndərilməsi ilə bağlı məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağandır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!