Bu kəndlərdə yaşayanlara ŞAD XƏBƏR –   Tarix açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu kəndlərdə yaşayanlara ŞAD XƏBƏR – Tarix açıqlandı

İqtisadiyyat

21 Oktyabr 2026 10:25 336


Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə eagro.az saytında qəbul edilir. Torpaq sahələri minimum 5 hektar olmaqla suvarılan və əkin üçün hazır vəziyyətə gətirilmiş ərazilərdə yerləşir. pizza

Sahələrdə meyvə, tərəvəz, taxıl, kartof, üzüm və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və ya çiləmə suvarma sisteminin olması tələb edilir.

Müraciət etmək istəyən sakinlər əvvəlcə EKTİS-də qeydiyyatdan keçərək elektron fermer kabineti yaratmalı, daha sonra “Müraciətlərim” bölməsindən “Torpaq icarəsinə müraciət” seçimini etməli və müvafiq kəndi qeyd edərək ərizəni doldurmalıdırlar. Faktiki yaşayış yeri də “e-polis” tətbiqində qeyd olunmalıdır.

Müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və torpaq sahələrinin yerində tanıdılması noyabrın 21-dən yanvarın 30-dək həyata keçiriləcək. İcarə müqavilələri birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il müddətinə bağlanacaq. İstifadənin nəticələrinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Əlavə məlumat almaq istəyənlər Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinə 010-213-41-21 və 055-716-91-95 nömrələri ilə müraciət edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!