“Bu layihədə iştirak milli maraqlarımıza uyğun deyil” – Şərh 
03 İyn 2020 14:50
265

“Bu layihədə iştirak milli maraqlarımıza uyğun deyil” – Şərh 

Bu günlərdə keçirilmiş MDB ölkələrinin hökumət başçılarının videoiclası nəticəsində postsovet məkanında bütün ticarət maneələrinin aradan qaldırılmasının, azad ticarət zonasının səmərəli tətbiq edilməsinin müzakirəsi aktuallaşıb. Müzakirənin əsas hərəkətverici qüvvəsi olan Rusiya sözügedən perspektivi MDB ölkələri qarşısında koronavirus pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması vəzifəsinin ortaya çıxması ilə əsaslandırır. 

Bu məkanda iqtisadi inteqrasiyanın gücləndirilməsinin əsas istiqamətləri sırasında xüsusi olaraq iqtisadi konyunkturanın dünya enerji bazarlarından asılılığının azaldılması və nəqliyyat sistemlərinin birləşdirilməsi göstərilir.

Bəs MDB çərçivəsində azad iqtisadi zonanın bəqrərar edilməsi Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir? İqtisadçı alim Nazim Bəydəmirli Yenisabah.az-a bildirib ki, Azərbaycanın Rusiyanın təsiri altında olan hər hansı layihədə iştirakının tərəfdarı deyil. 

Onun fikrincə, bu tip layihələr, bilriklər əslində SSRİ-nin başqa formada cəhddir. “Bu bizim milli maraqlarımıza uyğun deyil. Azərbaycanın Rusiya ilə müxtəlif sahələr üzrə ikitərəfli müqavilələri var. Biz də bunun əleyhinə deyilik. Hesab edirik ki, müxtəlif sahələr üzrə hər iki ölkənin maraqlarına xidmət edən ikitərəfli müqavilələr bundan sonra da imzalana bilər.

Amma bu ölkənin dominant olduğu hansısa layihə Azərbaycanın mənafeyinə uyğun olmaya bilər. Çünki SSRİ dağıdıqdan sonra onun varisi Rusiya postsovet məkanında süni münaqişə ocaqları yaradıb, oyuncaq rejimlər qurub və bu üsulla müstəqillik əldə etmiş keçmiş sovet respublikalarına təsir imkanları əlində saxlamağa çalışır. Bu gün Azərbaycan, Gürcstan, Ukrayna və Moldova Rusiyanın bu siyasətinin qurbanıdır. 

Digər tərəfdən, Rusiya iqtisadi və texnoloji potensialına görə Qərb ölkələrindən geri qalır. Bu halda təbii ki, Rusiya ilə yaxud onun rəhbərliyi ilə hər hansı iqtisadi birlik ölkəmizə fayda verə bilməz. Bu baxımdan, mən Azərbaycan hakimiyyətini belə “inteqrasiyalar”dan çəkinməyə çağırıram”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər