Bu marşrut xətləri “BakıKart”a qoşulacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu marşrut xətləri “BakıKart”a qoşulacaq

Sosial

01 Noyabr 2023 11:34 588


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə xidmət göstərir.

Yenisabah.az xəbər verir ki, bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib.

“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb. Toyuqlu pizza

Bununla yanaşı, 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!