“Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək”  -   Nazirlikdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək” - Nazirlikdən AÇIQLAMA

Sosial

05 Aprel 2025 13:10 264


Məlum olduğu kimi Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiya imtahanlarının nəticələri bəzi müəllimləri qane etməyib. Sosial şəbəkələrdə, bir sıra mətbuat orqanlarında attestasiyadan keçə bilməyən müəllimlərin musiqi məktəblərindən işdən çıxarıldığına dair iddialar yayılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı nazirlikdən Musavat.com-un sorğusuna cavab olaraq, bildirilib:

"Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası həyata keçirilib. Attestasiyanın əsas məqsədi sahə üzrə müəllimlərin peşə bacarıqları, səriştəliliyi və ümumi hazırlıq səviyyəsinin qiymətləndirilməsidir. Attestasiya prosesi maksimum şəffaflıqla, sahənin peşəkar mütəxəssislərindən ibarət komissiyalar tərəfindən aparılıb, müvafiq video qeydlər və arxiv materialları hazırlanıb. Dominos pizza

Komissiyalarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Konservatoriyanın nəzdindəki Musiqi Kolleci, Bakı Xoreoqrafiya Akademiyası və digər bədii təhsil ocaqlarının peşəkar mütəxəssisləri təmsil olunublar.

Əgər hər hansı bir müəllimin səriştəsi komissiya tərəfindən tam yararsız hesab edilibsə və o, 5 mümkün baldan heç birini toplaya bilməyibsə, həmin müəllimin əmək funksiyasına xitam veriləcək. Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan, lakin 2 lehinə və 3 əleyhinə səs toplamış müəllimlər üçün isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi, Metodik və İxtisasartırma Mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulur. Bu təlimləri başa vurduqdan sonra həmin müəllimlər təkrar attestasiyaya cəlb olunacaqlar".

Nazirlikdən həmçinin qeyd olunub ki, attestasiyadan keçə bilməyən müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları tam şəkildə saxlanılır və onlar bu imtahanlarda iştirak edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!