Bu ölkə qaranlığa qərq oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə qaranlığa qərq oldu

Dünya

05 Yanvar 2023 16:05 849


Livanın iki ən böyük elektrik stansiyasının sıradan çıxması səbəbindən ölkə tamamilə qaranlığa bürünüb.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, fasilələrin yanacaq çatışmazlığı səbəbindən baş verdiyi bildirilir. 

“Bu, İraqdan mazut tədarükünün gecikməsi səbəbindən baş verib. Dekabrda Livanın Tripoli limanına neft məhsulları olan bir tanker də gəlməyib”, - mənbə söyləyib. pizza

Onun sözlərinə görə, Livan hakimiyyəti ABŞ və Qərbin sanksiyalarından ehtiyat edərək İranın təklif etdiyi yardımı qəbul etməyib. 

Hökumət yaxın saatlarda anbarlarında mazut ehtiyatı olan Ez-Zuk və Jie şəhərlərində əvvəllər bağlanmış iki kiçik istilik elektrik stansiyasının istismarı ilə bağlı qərarı təsdiqləməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!