Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edildi 

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edildi 

Dünya

17 Mart 2023 07:14 786


Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda “TikTok” sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib. 

“Report” xəbər verir ki, bu barədə “New Zealand Herald” nəşri yazıb. 

Quraşdırılmış “TikTok” tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək.  Marqarita pizza

Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib ki, millət vəkilləri və parlamentin bütün əməkdaşlarına “TikTok”un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat verilib: 

“Parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir. Peşə vəzifələrini yerinə yetirmək üçün buna ehtiyacı olanlar üçün güzəştlər ediləcək”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!