Bu pensiyaçılar əlavə pul ala biləcək –   Yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

Bu pensiyaçılar əlavə pul ala biləcək – Yeni qərar

Sosial

16 Oktyabr 2026 11:39 212


Milli Məclisin bugünkü iclasında "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, sənədə əsasən, aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərin dairəsi və bu ödənişlərin tənzimlənməsi qaydaları müəyyənləşdirilir. 

Təyin edilən aylıq pensiya əlavəsinin konkret məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. pizza mizza

Qanunvericilikdəki bu yeniliyin 2026-cı il oktyabrın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərə ödənilən əlavə təyin edilmiş pensiyanın növünə uyğun olaraq müəyyən olunacaq. Eyni zamanda, birdən çox müxtəlif pensiya əlavəsi almaq hüququ yarandıqda, həmin şəxslərə kendi seçimləri və arzuları ilə aylıq pensiya əlavələrindən yalnız biri təyin edilib ödəniləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!