Bu qəzet dindarları qəzəbləndirdi - Ramazanla bağlı ŞOK FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Bu qəzet dindarları qəzəbləndirdi - Ramazanla bağlı ŞOK FOTO 

Sosial

12 Mart 2024 11:25 870


Fransanın solçu qəzetlərindən biri olan Liberation tərəfindən Qəzzada Ramazan bayramı ilə bağlı irqçi bir karikatura nəşr olunub. 

Yenisabah.az xəbər verir ki, sözügedən nəşr müsəlman cəmiyyətində böyük əks-səda doğurub. 

Belə ki, Fransanın Liberation qəzetində Korin Reyin çəkdiyi karikaturada humanitar faciənin yaşandığı Qəzza zolağında Ramazan ayının necə başladığı müzakirə edilib.  Dördpendirli pizza

“Qəzzada Ramazan” adlı karikaturada qadın, dili çıxmış uşaq, dağıntılar altından çıxan əl, ağzından su axan qəzəbli kişi, ağzında sümük parçaları ilə qaçan siçanlar əks olunub. 

Sosial media istifadəçiləri isə İsrailin məcburi aclığı nəticəsində hər gün onlarla uşağın öldüyü Qəzzada baş verən humanitar faciəni ələ salan karikaturanı sərt tənqid ediblər. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!