Bu qida həm arıqladır, həm də üzə parlaqlıq verir -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu qida həm arıqladır, həm də üzə parlaqlıq verir - FOTO

Sağlamlıq

26 Aprel 2026 11:48 129


Qarğıdalı təkcə doyumcul qida deyil, eyni zamanda, orqanizm üçün bir sıra faydaları ilə seçilir. Tərkibindəki vitamin və minerallar sayəsində həm ümumi sağlamlığa, həm də xarici görünüşə müsbət təsir göstərdiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin fikrincə, qarğıdalı PP, E, D, K, C vitaminləri, eləcə də B qrupu vitaminləri ilə zəngindir. Bununla yanaşı, onun tərkibində kalium, kalsium, maqnezium, fosfor, dəmir və mis kimi orqanizm üçün vacib elementlər də mövcuddur.

Bildirilir ki, qarğıdalı bədəndən zərərli maddələrin çıxarılmasına yardım edir, immun sisteminin güclənməsinə dəstək verir və yaşlanma prosesinin yavaşlamasına töhfə verə bilər. Həmçinin ürək-damar sistemi üçün faydalı hesab olunur.

Məlumata görə, bu məhsul qanda xolesterin və şəkər səviyyəsinin tənzimlənməsinə kömək edir, maddələr mübadiləsinə müsbət təsir göstərir. B qrupu vitaminlərinin çoxluğu isə qarğıdalını xüsusilə sinir sistemi və həzm sistemi baxımından yararlı edir.

Bununla belə, qarğıdalının həddindən artıq qəbulu məsləhət görülmür. Səbəb isə onun bəzi insanlarda köp yaratmasıdır.

Qeyd olunur ki, bişmiş qarğıdalı ağır və yağlı qidalardan sonra da faydalı ola bilər. Belə ki, onun həmin qidaların həzmini asanlaşdırdığı, orqanizmə düşən yükü bir qədər azaltdığı vurğulanır.

Qarğıdalının təkcə dənəsi yox, saçaqları da xalq təbabətində istifadə edilir. Onun sidikqovucu və ödqovucu xüsusiyyətlərə malik olduğu, qanda şəkərin azalmasına dəstək verdiyi qeyd olunur.

Digər tərəfdən, qarğıdalı unu da kosmetik məqsədlərlə tətbiq edilir. İlıq halda üzə çəkilən qarışığın dərini təmizlədiyi, daha parlaq göstərdiyi və ləkələrin azalmasına kömək etdiyi bildirilir. Bal, limon və yumurta ilə birlikdə istifadə olunduqda isə dərinin quruluğu və qabıqlanmasına qarşı faydalı olduğu deyilir.

Mütəxəssislər onu da bildirirlər ki, qarğıdalı iştahanı müəyyən qədər azaltdığı üçün pəhriz saxlayanların qida rasionunda da yer ala bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!