Bu qrupa sənəd verən abituriyentlərə MÜJDƏ - Ən şanslı sizsiniz!

saytların hazırlanması

Evə çatdırılma

Bu qrupa sənəd verən abituriyentlərə MÜJDƏ - Ən şanslı sizsiniz!

Sosial

20 İyun 2024 16:04 3400


Keçən il blok imtahanlarının birinci cəhdində 600 balı keçənlərin sayı 300-dən bir qədər çox idi. Builki statistika isə onu göstərir ki, həmin say 900-ü ötüb. Hazırda bütün qruplar üzrə gözəçarpan nəticələr keçid ballarının yüksəlmə ehtimalını daha da artırır. 

Bununla bağlı təhsil eksperti Cahid İmanlı “Yeni Sabah”a açıqlama verib. Onun sözlərinə görə, bəzi ixtisaslarda keçid balları artacaq: 

“Blok imtahanlarının 1-ci cəhdinin ilkin nəticələri bəzi qruplarda prestijli ixtisasların ballarının artacağını göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, son bir neçə ildə qruplar üzrə dominatlıq 3-cü qrupdan 1-ci qrupa keçib. Bu qrup həm qeydiyyatdan keçənlərin sayı, həm də yüksək bal toplayanların sayına görə liderdir”.  pizza

Ekspert abituriyentlər üçün ən şanslı qrupu da açıqlayıb:

“Bu il qruplar üzrə qeydiyyatdan keçənlərin sayı ilə plan yerlərinin nisbəti və eləcə də, abituriyentlərin nəticələrinə əsasən ilk növbədə ixtisaslardakı keçid ballarının artımını 3-cü qrupda görəcəyik. Növbəti ciddi rəqabət 1-ci qrupda olacaq. 4-cü qrup stabilliyini qoruyacaq, 2-ci qrupsa, həm abituriyentlərin, həm də subbakalavrların “ən şanslı qrupu” olacaq”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!