Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Sosial

29 İyul 2026 11:27 309


IV ixtisas qrupunda müsabiqənin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında keçəcəyi gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

Onun sözlərinə görə, ötən ilin nəticələri ilə müqayisədə ümumi vəziyyətin oxşar olduğu müşahidə edilir. Marqarita pizza

“IV ixtisas qrupunda müsabiqə vəziyyəti kifayət qədər yüksək olacaq. Bu qrup üzrə proqnoz vermək nisbətən asandır, çünki burada əsasən tibb istiqaməti üstünlük təşkil edir. Hesab edirəm ki, keçən illə müqayisədə oxşar vəziyyət yaranacaq və əsas müsabiqə 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında gedəcək”, – deyə V.Misirov qeyd edib.

DİM rəsmisi əlavə edib ki, aşağı keçid balları ilə bağlı müəyyən dəyişikliklər gözlənilir və bu barədə ətraflı məlumat “Abituriyent” jurnalının 4-cü nömrəsində əks olunacaq.

Keçid ballarının artıb-artmayacağı ilə bağlı suala cavab verən V.Misirov bildirib ki, hazırkı mərhələdə konkret proqnoz vermək mümkün deyil: “Plan yerləri və ballar üzrə abituriyent sayı məlum olduqdan sonra daha dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq. Keçid ballarına təsir edən əsas amillərdən biri də abituriyentlərin seçimləridir. İxtisaslara olan maraq və seçim tendensiyaları müsabiqənin nəticələrinə birbaşa təsir göstərir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!