“Bu, quldurluğun rəsmiləşdirilməsidir“ - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Bu, quldurluğun rəsmiləşdirilməsidir“ - Peskov

Dünya

15 Noyabr 2022 17:49 877


"BMT Baş Assambleyasının Ukraynaya kompensasiya verilməsi ilə bağlı qəbul etdiyi qətnamə Rusiyanın qızıl ehtiyatlarının talan edilməsinin rəsmiləşdirilməsidir".

Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qətnamənin hüquqi qüvvəyə malik olmadığını, Rusiyanın buna qarşı olduğunu vurğulayıb. pizza mizza

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, sənət BMT-dən istifadə edərək quldurluğun rəsmiləşdirilməsidir.

Xatırladaq ki, noyabrın 14-də BMT Baş Assambleyası Rusiyanı Ukraynaya qarşı beynəlxalq hüququ pozduğuna görə, məsuliyyətə cəlb etməyə çağıran və həm də təzminatların ödənilməsini nəzərdə tutan qətnamə qəbul edib. Səsvermədə iştirak edən 181 ölkədən 94-ü qətnamənin lehinə, 14-ü əleyhinə, 73-ü isə bitərəf qalıb. Baş Assambleyanın qətnamələri BMT Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq, hüquqi qüvvəyə malik sənədlər deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!