2026-cı ilin ilk 7 ayında Azərbaycana düyü idxalı azalıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ölkəyə 27 375,13 ton düyü idxal edilib. İdxal olunan düyünün statistik dəyəri isə 24,13 milyon dollar təşkil edib.
2025-ci ilin ilk 7 ayında Azərbaycana 35 544,35 ton düyü idxal olunub və məhsulun statistik dəyəri 33,58 milyon dollar olub. Dominos pizza
Beləliklə, 2026-cı ilin ilk 7 ayında düyü idxalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8 169,22 ton və ya 23%-dən çox azalıb. Statistik dəyər isə 9,45 milyon dollar və ya təxminən 28,1% aşağı düşüb.
Düyünün ölkənin ümumi idxalında payı da cüzi azalıb. Belə ki, 2026-cı ilin ilk 7 ayında bu göstərici 0,24%, 2025-ci ilin eyni dövründə isə 0,25% olub.
Cəlalə Cəlalqızı
Telegram kanalımız